Surə 17 · Cüz 15
Al-Isra · 17:19
وَمَنْ أَرَادَ الْآخِرَةَ وَسَعَىٰ لَهَا سَعْيَهَا وَهُوَ مُؤْمِنٌ فَأُولَٰئِكَ كَانَ سَعْيُهُمْ مَشْكُورًا
19. Kim də Axirəti istəsə, mömin olaraq bütün qəlbi ilə ona can atsa, onların səyi məmnuniyyətlə qəbul olunar.
Təfsir
Kim də yaxşı əməllər etməklə axirət həyatını istəyərək riyadan və şan-şöhrətdən uzaq olarsa və Allahın iman etməsini vacib etdiyi şeylərə iman edərsə, məhz bu vəsflərə sahib olan kimsələr Allah yanında əməlləri qəbul edilən kimsələrdir. Allah bu kimsələrin etdikləri yaxşı əməllərinin mükafatın onlara verəcəkdir.