Surə 17 · Cüz 15
Al-Isra · 17:102
قَالَ لَقَدْ عَلِمْتَ مَا أَنْزَلَ هَٰؤُلَاءِ إِلَّا رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ بَصَائِرَ وَإِنِّي لَأَظُنُّكَ يَا فِرْعَوْنُ مَثْبُورًا
102. Musa dedi: “Sən artıq bilirsən ki, bunları yalnız göylərin və yerin Rəbbi, açıq-aşkar möcüzə olaraq endirdi. Mən isə, ey Firon, sənin məhv olacağını yəqin bilirəm”.
Təfsir
Musa Firona belə cavab verdi: "Ey Firon! Sən möcüzələrin uca Allahın qüdrətinə və Rəsulunun doğruluğuna dəlil olaraq yalnız göylərin və yerin Rəbbi olan Allah tərəfindən endirdiyini bilirsən. Lakin sən bilərəkdən bunları rədd edib yalan saydın. Mən də, ey Firon, sənin məhv olacağını yəqin bilirəm!"