Surə 17 · Cüz 15

Al-Isra · 17:100

قُلْ لَوْ أَنْتُمْ تَمْلِكُونَ خَزَائِنَ رَحْمَةِ رَبِّي إِذًا لَأَمْسَكْتُمْ خَشْيَةَ الْإِنْفَاقِ ۚ وَكَانَ الْإِنْسَانُ قَتُورًا

100. De: “Əgər siz Rəbbi­min rəhmət xəzinələrinə sahib ol­say­dı­nız belə, yenə də onun xərc­lənib tükənməsindən qor­xa­raq xə­sislik edərdiniz. Çünki insan xə­sis­dir”.

Təfsir

Ey Peyğəmbər! Müşriklərə de: "Əgər siz Rəbbi­min tükməz, bitməz və əksilməz rəhmət xəzinələrinə sahib ol­say­dı­nız, onun xərc­lənib tükənməsindən sonra sizə yoxulluq üz verməsindən qorxaraq, xə­sislik edib onu xərcləməzdiniz. Mömin kimsə istisna olmaqla, insan təbiəti xə­sis­dir. Amma mömin isə Allahın savabına ümid edərək malını gecə-gündüz Allah yolunda xərcləyər!"

Oxuyucuda aç - Surəni tam oxu