Surə 16 · Cüz 14
An-Nahl · 16:85
وَإِذَا رَأَى الَّذِينَ ظَلَمُوا الْعَذَابَ فَلَا يُخَفَّفُ عَنْهُمْ وَلَا هُمْ يُنْظَرُونَ
85. Zalımlar əzabı gördükdə, artıq onlardan əzab nə yüngülləşdiriləcək, nə də onlara möhlət veriləcək.
Təfsir
Zalımlar və müşriklər əzabı öz gözləri ilə gördükdə, artıq onlardan əzab nə yüngülləşdiriləcək, nə də əzabı gecikdirmək üçün onlara möhlət veriləcəkdir. Əksinə onlar Cəhənnəmə əzab içində əbədi qalmaq üzrə daxil olacaqlar.