Surə 16 · Cüz 14
An-Nahl · 16:8
وَالْخَيْلَ وَالْبِغَالَ وَالْحَمِيرَ لِتَرْكَبُوهَا وَزِينَةً ۚ وَيَخْلُقُ مَا لَا تَعْلَمُونَ
8. Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə Allah yaratdı. O, sizin hələ bilmədiyiniz bir çox şeyləri də yaradır.
Təfsir
Uca Allah sizin minməyiniz, üzərində yüklərinizi daşımanız və insanlar arasına bu heyvanlara baxıb zövq alıb, fərəhlənəsiz deyə sizlər üçün atları, qatırları və uzunqulaqları yaratdı. O, sizin hələ bilmədiyiniz, istədiyi bir çox şeyləri də yaradır.