Surə 16 · Cüz 14

An-Nahl · 16:67

وَمِنْ ثَمَرَاتِ النَّخِيلِ وَالْأَعْنَابِ تَتَّخِذُونَ مِنْهُ سَكَرًا وَرِزْقًا حَسَنًا ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لِقَوْمٍ يَعْقِلُونَ

67. Siz xurma ağacının mey­vələ­rindən və üzümlərdən sər­xoş­edi­ci içki və xe­yir­li ruzi ha­zırla­yırsınız. Həqiqətən, bun­da an­la­yan bir qövm üçün dəlillər var­dır.

Təfsir

Sizə ruzi olaraq verdiyimiz xurma və üzüm mey­vələ­rindən də öyüd-nəsihət almanız üçün bir ibrət vardır. Siz bu meyvələrdən sər­xoş­edi­ci içkilər ha­zırla­yırsınız. Ancaq bu heç də yaxşı şey deyil. Həm də, bu meyvələrdən özünüzün faydalanması üçün xurma, kişmiş, sirkə və doşab kimi gözəl ruzilər əldə edirsiniz. Həqiqətən, zikir edilən bu nemətlərdə, düşünüb an­la­yan adamlar üçün Allahın qüdrətinə və qullarına nemətlər bəxş etməsinə dair açıq-aydın dəlillər var­dır. Çünki düşünüb ibrət alan elə məhz onlardır.

Oxuyucuda aç - Surəni tam oxu