Surə 16 · Cüz 14

An-Nahl · 16:55

لِيَكْفُرُوا بِمَا آتَيْنَاهُمْ ۚ فَتَمَتَّعُوا ۖ فَسَوْفَ تَعْلَمُونَ

55. Onlar Bizim onlara ver­di­yimiz ne­­mətlərə nan­korluq etsin­lər deyə belə edir­lər. Hə­ləlik əy­lənin! Tezliklə biləcək­siniz.

Təfsir

Onların Allaha şərik qoşmaları, Uca Allahın onlara bəxş etdiyi ne­­mətlər, nan­korluq etmələrinə səbəb oldu. Allahın onlara bəxş etdiyi nemətlərdən biri də, sıxıntını onlardan götürməsi idi. Elə buna görə də onlara: "Allahın sizə tez və ya gec bir zamanda göndərəcəyi əzab gələnə qədər olduğunuz nemətlər içində kef çəkib əy­lənin!" – deyildi.

Oxuyucuda aç - Surəni tam oxu