Surə 16 · Cüz 14
An-Nahl · 16:50
يَخَافُونَ رَبَّهُمْ مِنْ فَوْقِهِمْ وَيَفْعَلُونَ مَا يُؤْمَرُونَ ۩
50. Onlar özlərinin fövqündə olan Rəbbindən qorxur və onlara əmr olunanları yerinə yetirirlər.
Təfsir
Mələklər Allaha davamlı olaraq ibadət və itaət etmələrinə rəğmən zatı, qüc-qüvvəti və ağalığı ilə özlərinin fövqündə olan Rəbbindən qorxurlar və Rəbbinin onlara əmr etdiklərini yerinə yetirirlər.