Surə 16 · Cüz 14
An-Nahl · 16:5
وَالْأَنْعَامَ خَلَقَهَا ۗ لَكُمْ فِيهَا دِفْءٌ وَمَنَافِعُ وَمِنْهَا تَأْكُلُونَ
5. Mal-qaranı da O yaratdı. Onlarda sizin üçün bədəninizi isti saxlayan yun geyim və başqa faydalar vardır. Həmçinin onlardan yeyirsiniz.
Təfsir
Ey İnsanlar! Dəvə, inək, qoyun və s. bu kimi heyvanları da sizin faydalanmanız üçün O yaratdı. Bu faydalardan biri də, sizin həmin hevyanların yunundan bədəninizi isti saxlaması üçün istifadə etmənizdir. Bu heyvanlarda sizin üçün onların südündən, dərisində və onlardan minik kimi istifadə etmək faydaları da vardır. Həmçinin, siz onların bəzilərinin ətindən yeyirsiniz.