Surə 16 · Cüz 14
An-Nahl · 16:48
أَوَلَمْ يَرَوْا إِلَىٰ مَا خَلَقَ اللَّهُ مِنْ شَيْءٍ يَتَفَيَّأُ ظِلَالُهُ عَنِ الْيَمِينِ وَالشَّمَائِلِ سُجَّدًا لِلَّهِ وَهُمْ دَاخِرُونَ
48. Məgər onlar Allahın xəlq etdiyi hər hansı bir şeyi müşahidə etməyiblərmi? Onların kölgələri müti surətdə Allaha səcdə edərək sağa-sola əyilir.
Təfsir
Məgər o yalan sayan kimsələr Allahın xəlq etdiyi məxluqatına baxıb təfəkkür etmirlərmi? O məxluqatın kölgələri Allah qarşısında zəlil bir halda, Ona həqiqi səcdə edərək, gündüz vaxtı günəşin hərəkətinə, gecə vaxtı isə ayın hərəkətinə tabe olaraq sağa-sola meyil edərlər!