Surə 16 · Cüz 14
An-Nahl · 16:33
هَلْ يَنْظُرُونَ إِلَّا أَنْ تَأْتِيَهُمُ الْمَلَائِكَةُ أَوْ يَأْتِيَ أَمْرُ رَبِّكَ ۚ كَذَٰلِكَ فَعَلَ الَّذِينَ مِنْ قَبْلِهِمْ ۚ وَمَا ظَلَمَهُمُ اللَّهُ وَلَٰكِنْ كَانُوا أَنْفُسَهُمْ يَظْلِمُونَ
33. Yoxsa kafirlər mələklərin onların yanına gəlməsindən və yaxud Rəbbinin əmrinin (Qiyamət gününün) gəlməsindən başqa bir şeymi gözləyirlər? Onlardan əvvəlkilər də belə etmişdilər. Allah onlara zülm etmədi, lakin onlar özləri özlərinə zülm edirdilər.
Təfsir
Yoxsa yalan sayan o müşriklər ölüm mələyinin və onun mələklərdən olan köməkçilərinin onların üzlərinə və yanlarına vuraraq canlarını alması üçün gəlməsindən və yaxud onları dünyada məhv edəcək əzabın gəlməsindən başqa bir şeymi gözləyirlər? Məkkədəki müşriklərin etdikləri əməlləri eyni ilə onlardan əvvəlki müşriklərdə etmişdir, Allahda onları məhv etdi. Uca Allah onları məhv etdiyi zaman əsla onlara zülüm etmədi. Lakin onlar Allaha küfür etməklə özlərini öz əlləri ilə həlaka sürükləyərək özlərinə zülm etdilər.