Surə 16 · Cüz 14
An-Nahl · 16:30
۞ وَقِيلَ لِلَّذِينَ اتَّقَوْا مَاذَا أَنْزَلَ رَبُّكُمْ ۚ قَالُوا خَيْرًا ۗ لِلَّذِينَ أَحْسَنُوا فِي هَٰذِهِ الدُّنْيَا حَسَنَةٌ ۚ وَلَدَارُ الْآخِرَةِ خَيْرٌ ۚ وَلَنِعْمَ دَارُ الْمُتَّقِينَ
30. Müttəqilərə: “Allah nə nazil etmişdir?”– deyildikdə, onlar: “Xeyir nazil etmişdir!”– deyərlər. Bu dünyada xeyirli işlər görənlər üçün gözəl mükafat hazırlanmışdır. Axirət yurdu isə daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir.
Təfsir
Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək Rəbbindən qorxan müttəqilərə: "Allah, Muhəmmədə (sallallahu aleyhi və səlləm) nə nazil etmişdir?" – deyildikdə, onlar: "Allah ona böyük bir xeyir nazil etmişdir!" – deyərlər. Bu dünyada Allaha layiqincə ibadət edib və insanlarla gözəl əxlaqda muamilə edən kimsələr üçün zəfər, bol-bol ruzi olmaqla və s. bu kimi gözəl mükafat hazırlanmışdır. Uca Allahın axirətdə onlara verəcəyi savab, dünya həyatında onlara bəxş etdiyi nemətlərdən qat-qat xeyirlidir. Axirət yurdu, Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinən təqva sahibləri üçün necə də gözə bir yurddur!