Surə 16 · Cüz 14

An-Nahl · 16:22

إِلَٰهُكُمْ إِلَٰهٌ وَاحِدٌ ۚ فَالَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ قُلُوبُهُمْ مُنْكِرَةٌ وَهُمْ مُسْتَكْبِرُونَ

22. Sizin məbudunuz Tək olan İlah­dır. Axi­rətə inanma­yan­la­rın qəlbləri haqqı in­kar edir. Öz­ləri də təkəbbürlüdürlər.

Təfsir

Sizin haqq məbudunuz, O, heç bir şəriki olmayan, tək məbud olan Allahdır. Öldükdən sonra sorğu-sual olmaq üçün yenidən dirilməyə inanma­yan­la­rın qəlbləri, Allahdan qorxmadıqları üçün Onun vəhdaniyyətini in­kar edərlər. Onların qəlbləri, Qiyamət günü sorğu-sual ediləcəklərinə və əzab görəcəklərinə imanmır. Öz­ləri də təkəbbürlüdürlər, haqqı qəbul etməz və ona boyun əyməzlər.

Oxuyucuda aç - Surəni tam oxu