Surə 16 · Cüz 14

An-Nahl · 16:20

وَالَّذِينَ يَدْعُونَ مِنْ دُونِ اللَّهِ لَا يَخْلُقُونَ شَيْئًا وَهُمْ يُخْلَقُونَ

20. Allahdan başqa tapındıq­ları büt­lər heç bir şey yarada bil­məz­lər. Çünki onlar özləri yaradıl­mışlar.

Təfsir

Müşriklərin Allahdan başqa tapındıq­ları büt­lər, hətta kiçik bir şey də olsa belə heç bir şey yarada bil­məz­lər. Onları, Allahdan başqasına ibadət edən kimsələr öz əlləri ilə düzəltmişdilər. Odur ki, onlar, öz əlləri ilə özlərinə ilah düzəltdikləri bütlərə, Allahı buraxıb necə ibadət edirlər?!

Oxuyucuda aç - Surəni tam oxu