Surə 16 · Cüz 14
An-Nahl · 16:2
يُنَزِّلُ الْمَلَائِكَةَ بِالرُّوحِ مِنْ أَمْرِهِ عَلَىٰ مَنْ يَشَاءُ مِنْ عِبَادِهِ أَنْ أَنْذِرُوا أَنَّهُ لَا إِلَٰهَ إِلَّا أَنَا فَاتَّقُونِ
2. Allah Öz hökmü ilə qullarından istədiyi kimsəyə mələkləri vəhylə göndərib buyurur: “Qullarımı qorxudub xəbərdar edin ki, Məndən başqa ibadətə layiq olan məbud yoxdur. Məndən qorxun!”
Təfsir
Allah istədiyi elçilərinə: "Ey Elçilər! İnsanları Allaha şərik qoşmaqdan çəkindirin. Ey İnsanlar! Məndən başqa ibadətə layiq olan haqq məbud yoxdur. Elə isə əmrlərimi yerinə yetirib və qadağalarımdan çəkinərək Məndən qorxun!" deyə təqdir etdiyi vəhyi, mələklərlə birgə endirdi.