Surə 16 · Cüz 14

An-Nahl · 16:18

وَإِنْ تَعُدُّوا نِعْمَةَ اللَّهِ لَا تُحْصُوهَا ۗ إِنَّ اللَّهَ لَغَفُورٌ رَحِيمٌ

18. Əgər Allahın nemətlə­ri­ni saymalı olsanız, onları sa­yıb qur­ta­ra bil­məz­si­niz. Həqi­qə­tən, Allah Bağışlayandır, Rəhm­­li­dir.

Təfsir

Ey İnsanlar! Əgər Allahın sizə bəxş etdiyi saysız-hesabsız nemətlə­ri­ni sayıb-sadalamağa çalışsanız, bu nemətlərin çoxlu və müxtəlif olduğu səbəbdən onları sa­yıb qur­ta­ra bil­məz­si­niz. Siz bu nemətlərə şükür etməkdən qafil olduğunuza rəğmən, Allah yenə də sizə qarşı bağışlayandır. Günahlarınıza və Ona lazımınca şükür etmədiyinizə görə sizdən bu nemətləri almamaqla yenə də sizə qarşı mərhəmətlidir!

Oxuyucuda aç - Surəni tam oxu