Surə 16 · Cüz 14

An-Nahl · 16:126

وَإِنْ عَاقَبْتُمْ فَعَاقِبُوا بِمِثْلِ مَا عُوقِبْتُمْ بِهِ ۖ وَلَئِنْ صَبَرْتُمْ لَهُوَ خَيْرٌ لِلصَّابِرِينَ

126. Günahkarı cəzalan­dır­maq istəsə­niz, sizə nə cəza ve­rilibsə, siz də ona ey­nilə cəza verin. Əgər səbir etsəniz, bu, səbir edənlər üçün daha xeyir­lidir.

Təfsir

Əgər düşməninizi cəzalan­dır­maq istəsə­niz, sizə nə cəza ve­rilibsə, siz də ona ey­nilə, cəzaya heç bir ziyadə etmədən, həmin cəzanı verin. Əgər cəza verməyə qadir olduğunuz bir halda, səbir edib, onu cəzalandırmaqdan vaz keçsəniz, bu, səbir edən kimsələr üçün sizə cəza verəni cəzalandırıb intiqam almaqdan daha xeyir­lidir.

Oxuyucuda aç - Surəni tam oxu