Surə 16 · Cüz 14
An-Nahl · 16:118
وَعَلَى الَّذِينَ هَادُوا حَرَّمْنَا مَا قَصَصْنَا عَلَيْكَ مِنْ قَبْلُ ۖ وَمَا ظَلَمْنَاهُمْ وَلَٰكِنْ كَانُوا أَنْفُسَهُمْ يَظْلِمُونَ
118. Sənə xəbər verdiyimiz şeyləri daha öncə yəhudilərə də haram etmişdik. Biz onlara zülm etmədik, lakin onlar özləri özlərinə zülm edirdilər.
Təfsir
Sənə, əl-Ənam surəsi: 146 cı ayədə xəbər verdiyimiz şeylərin eynisini daha öncə xüsusilə yəhudilərə haram etmişdik. Biz bunları haram etməklə onlara zülm etmədik, lakin onlar qadağan olunan əməlləri edərək özləri özlərinə zülm edirdilər. Biz də onların azğınlıqlarına görə cəzalandırdıq və onlara cəza olaraq bunları haram etdik.