Surə 14 · Cüz 13

Ibrahim · 14:52

هَٰذَا بَلَاغٌ لِلنَّاسِ وَلِيُنْذَرُوا بِهِ وَلِيَعْلَمُوا أَنَّمَا هُوَ إِلَٰهٌ وَاحِدٌ وَلِيَذَّكَّرَ أُولُو الْأَلْبَابِ

52. Bu Quran insanlar üçün bir bildi­rişdir. Qoy onunla həm qorxsunlar, həm Allahın Tək İlah olduğunu bilsinlər, həm də ağıl sa­hibləri düşünüb ibrət alsınlar.

Təfsir

Muhamməd Peyğəmbərə (sallallahu aleyhi və səlləm) nazil edilən bu Quran, Uca Allahdan insanlar üçün bir bildi­rişdir. Qoy insanlar, bu Quranla orada olan qorxuducu və şiddətli təhdidlərdən qorxsunlar, haqq məbudun yalnız Allahın olduğunu bilib, ancaq Ona ibadət edərək Ona heç bir şeyi şərik qoşmasınlar və sağlam ağıl sahibləri də bu Quranla ibrət və öyüd-nəsihət alsınlar. Çünki öyüd-nəsihətdən yalnız sağlam ağıl sahibləri faydalanarlar.

Oxuyucuda aç - Surəni tam oxu