Surə 14 · Cüz 13
Ibrahim · 14:33
وَسَخَّرَ لَكُمُ الشَّمْسَ وَالْقَمَرَ دَائِبَيْنِ ۖ وَسَخَّرَ لَكُمُ اللَّيْلَ وَالنَّهَارَ
33. Müəyyən edilmiş yolla daim hərəkət edən günəşi və ayı sizə tabe etdi; gecəni və gündüzü sizə ram etdi.
Təfsir
Davamiyyətli olaraq hərəkət edən günəşi və ayı sizə tabe etdi. Eyni şəkildə bir-birini təqib edən gecəni və gündüzü də sizə ram etdi. Gecə yatıb istirahət etməniz, gündüz isə işləyib, çalışmanız üçündür.