Surə 13 · Cüz 13

Ar-Ra'd · 13:3

وَهُوَ الَّذِي مَدَّ الْأَرْضَ وَجَعَلَ فِيهَا رَوَاسِيَ وَأَنْهَارًا ۖ وَمِنْ كُلِّ الثَّمَرَاتِ جَعَلَ فِيهَا زَوْجَيْنِ اثْنَيْنِ ۖ يُغْشِي اللَّيْلَ النَّهَارَ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِقَوْمٍ يَتَفَكَّرُونَ

3. Yeri döşəyən, orada möh­kəm dağ­lar, çaylar yaradan və bü­tün meyvə­lər­dən cüt-cüt ye­tişdi­rən də Odur. O, gün­düzü gecə ilə ör­tüb bürüyür. Həqi­qə­tən də, bun­da dərin düşü­nən adamlar üçün dəlillər vardır.

Təfsir

Yer üzünü yayıb genişləndirən, insanların orada sabit qalmaları üçün daim bir qərar tutan möhkəm dağları, insanların heyvan və əkin sahələrini suvarmaq üçün orada çaylar axıtan və orada hər növ meyvə və heyvanlardan erkək və dişi olmaqla cüt-cüt yaradan, gecəni gündüzlə örtərək nurlu, işıqlı olduqdan sonra zülmət qaranlığa çevirən Odur. Həqiqə­tən də, bu deyilənlərdə, Allahın yaratdıqları barədə düşünən bir qövm üçün açıq-aydın dəlillər vardır. Bu açıq-aydın dəlillərdən düşünüb ibrət alanlarda elə məhz onlardır!

Oxuyucuda aç - Surəni tam oxu