Surə 13 · Cüz 13

Ar-Ra'd · 13:17

أَنْزَلَ مِنَ السَّمَاءِ مَاءً فَسَالَتْ أَوْدِيَةٌ بِقَدَرِهَا فَاحْتَمَلَ السَّيْلُ زَبَدًا رَابِيًا ۚ وَمِمَّا يُوقِدُونَ عَلَيْهِ فِي النَّارِ ابْتِغَاءَ حِلْيَةٍ أَوْ مَتَاعٍ زَبَدٌ مِثْلُهُ ۚ كَذَٰلِكَ يَضْرِبُ اللَّهُ الْحَقَّ وَالْبَاطِلَ ۚ فَأَمَّا الزَّبَدُ فَيَذْهَبُ جُفَاءً ۖ وَأَمَّا مَا يَنْفَعُ النَّاسَ فَيَمْكُثُ فِي الْأَرْضِ ۚ كَذَٰلِكَ يَضْرِبُ اللَّهُ الْأَمْثَالَ

17. O, göydən su endirir və vadilər ölçülərinə uyğun öz məc­ra­la­rından da­şaraq sel olub axır. Sel də üzə çıxmış kö­püyü gö­tü­rüb aparır. Bəzək şeyləri və ya başqa əşyalar dü­zəltmək üçün in­san­ların odda qızdırıb əritdik­ləri şeylə­rin üs­tündə də buna bən­zər kö­pük olur. Allah haqqa və ba­ti­lə belə mi­sal­lar çəkir. Köpük yox olub gedir, insan­lara fayda ve­rən şeylər isə yerində qa­lır. Bu­dur Allahın çəkdiyi misallar!

Təfsir

Uca Allah batilin fani, haqqın isə əbədi qalacağını, göydən yağan yağış suyunun, vadilərin böyüklüyündən və ya kiçikliyindən asılı olmayaraq hər bir vadi ölçülərinə uyğun öz məc­ra­la­rından da­şaraq sel olub axmasını misal çəkir. Bu sel suyu üzə çıxmış çör-çöpü və kö­püyü gö­tü­rüb aparır. Uca Allah insanların bəzək əşyaları düzəltmək üçün od üzərində qızdırıb əritdikləri qiymətli mədənlərin üzərində köpüyün olmasınıda misal çəkir. Allah bu iki misalı haqqı batildən ayırd etmək üçün çəkir. Batil, suyun üzərində olan çör-çöp, köpük və odun əritdiyi mədənin üzərində olan pas kimidir. Haqq isə, meyvə, ot və əkinlər bitirən, içməli, pak və təmiz su kimidir. Həmçinin qiymətli mədəni əritdikdən sonra insanların qab-qacaq düzəldib ondan faydalanması kimidir. Allah bu iki misalı çəkdiyi kimi, haqqı ba­ti­ldən ayırd etmək üçün insanlara daha neçə-neçə belə mi­sal­lar çəkir.

Oxuyucuda aç - Surəni tam oxu