Surə 13 · Cüz 13
Ar-Ra'd · 13:15
وَلِلَّهِ يَسْجُدُ مَنْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ طَوْعًا وَكَرْهًا وَظِلَالُهُمْ بِالْغُدُوِّ وَالْآصَالِ ۩
15. Göylərdə və yerdə olan məxluqlar da, onların kölgələri də səhər-axşam istər-istəməz Allaha səcdə edir.
Təfsir
Göylərdə və yerdə olan bütün məxluqat səcdə edərək Allaha boyun əyərlər. Bu işdə möminlərlə kafirlər eynidirlər. Lakin möminlər sidqi-ürəkdən, kafirlər isə istəməyərək səcdə edərlər. Kafir olan kimsənin fitrəti isə ona Allaha sidqi-ürəkdən səcdə edib, Ona boyun əyməyə məcbur edər. Kölgəsi olan hər bir məxluqatın kölgələri də gündüzün əvvəlində və axırında Allaha səcdə edib, Onun əzəməti qarşısında boyun əyər!