Surə 13 · Cüz 13
Ar-Ra'd · 13:13
وَيُسَبِّحُ الرَّعْدُ بِحَمْدِهِ وَالْمَلَائِكَةُ مِنْ خِيفَتِهِ وَيُرْسِلُ الصَّوَاعِقَ فَيُصِيبُ بِهَا مَنْ يَشَاءُ وَهُمْ يُجَادِلُونَ فِي اللَّهِ وَهُوَ شَدِيدُ الْمِحَالِ
13. Göy gurultusu həmd edərək Ona təriflər deyir. Mələklər də Onun qorxusundan təriflər deyirlər. Allah ildırımlar göndərib istədiyini vurur. Onlar Allah barəsində mübahisə edirlər. Halbuki O, şiddətli cəza verəndir.
Təfsir
Göy gurultusu Uca Rəbbinə həmd edərək Onun şəninə təriflər deyir. Mələklər də Rəbbindən qorxaraq, Ona ehtiram göstərərək və Onu təzim edərək Onun şəninə təriflər deyirlər. Allah yandırıb-yaxan ildırımları məxluqatından dilədiyinin üstünə endirib onu məhv edir. Kafirlər Allahın vəhdaniyyəti barəsində mübahisə edirlər. Allah güc, güvvət sahibidir. O istədiyi şeyi edər.