Surə 13 · Cüz 13

Ar-Ra'd · 13:11

لَهُ مُعَقِّبَاتٌ مِنْ بَيْنِ يَدَيْهِ وَمِنْ خَلْفِهِ يَحْفَظُونَهُ مِنْ أَمْرِ اللَّهِ ۗ إِنَّ اللَّهَ لَا يُغَيِّرُ مَا بِقَوْمٍ حَتَّىٰ يُغَيِّرُوا مَا بِأَنْفُسِهِمْ ۗ وَإِذَا أَرَادَ اللَّهُ بِقَوْمٍ سُوءًا فَلَا مَرَدَّ لَهُ ۚ وَمَا لَهُمْ مِنْ دُونِهِ مِنْ وَالٍ

11. Allahın əmri ilə insanın həm önün­də, həm də arxa­sın­da daim onun­la birlikdə olub onu qoruyan mələklər vardır. Həqi­qə­tən də, insanlar nəfs­lə­rin­də olanı dəyişmədikcə, Allah da on­larda ola­nı dəyişməz. Əgər Allah hər hansı bir qövmə pis­lik etmək is­tə­sə, heç nə onun qar­şısını ala bilməz. On­ların On­dan başqa ixti­yar sa­hibi yox­dur.

Təfsir

Uca Allahın insanlar üçün təyin etdiyi bir-birini təqib edən mələkləri vardır. Bunların bəzisi gecə, bəzisi də gündüz gələr. Bu mələklər, Allahın əmri ilə insanları, uca Allahın onlar barədə yazıb təqdir etdiyi qədərdən və ona zərər verəcək şeylərdən qoruyar və onların sözlərini və əməllərini yazırlar. Həqi­qə­tən də, insanlar Allaha şükür etməyi tərk etmədikcə, Allah da on­ların olduqları, xoş bir halı, xoşlamadıqları bir hal ilə dəyişməz. Əgər Allah hər hansı bir qövmü məhv etmək is­təyərsə, kimsə Onun istəyinin qar­şısını əsla ala bilməz. Ey İnsanlar! Sizin işlərinizi Allahdan başqa yoluna qoyan yoxdur. Elə isə sizə üz verən bəladan özünüzü qorumaq üçün Allaha sığının.

Oxuyucuda aç - Surəni tam oxu