Surə 11 · Cüz 12
Hud · 11:97
إِلَىٰ فِرْعَوْنَ وَمَلَئِهِ فَاتَّبَعُوا أَمْرَ فِرْعَوْنَ ۖ وَمَا أَمْرُ فِرْعَوْنَ بِرَشِيدٍ
97. Firon və onun əyanlarına. Əyanlar isə Fironun əmrinə tabe oldular. Halbuki Fironun əmri doğru yol göstərən əmr deyildi.
Təfsir
Musanı Firon və onun qövmünün zadəgan təbəqəsindən olan əyanlarına göndərdik. Əyanlar isə Fironun onlara Allaha küfür etmə əmrinə tabe oldular. Halbuki Fironun əmri, haqqdan uzaq olduğu üçün tabe olmağa layiq olan, doğru yol göstərən əmr deyildi.