Surə 11 · Cüz 12

Hud · 11:86

بَقِيَّتُ اللَّهِ خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ ۚ وَمَا أَنَا عَلَيْكُمْ بِحَفِيظٍ

86. Əgər möminsinizsə, bi­lin ki, Alla­hın saxladığı nemət­lər sizin üçün daha xeyirlidir. Mən sizin üstünüzdə gözətçi deyi­ləm”.

Təfsir

İnsanların haqqlarını ədalətlə, tak şəkildə verdikdən sonra Alla­hın sizin üçün saxladığı halal nemət­lər, çəkidə və ölçüdə insanları aldadıb mal-dövlət artırmaqdan və yer üzündə fitnə-fəsad yaymaqdan daha xeyir-bərəkətlidir. Əgər siz həqiqi möminsinizsə, Alla­hın sizin üçün saxladığı nemətə razı olun. Mən sizin üstünüzdə əməllərinizi mühasibə edən gözətçi deyi­ləm. Sizin üstünüzdə nəzarətçi olan, sirri və gizlin danışıqları bilən Allahdır".

Oxuyucuda aç - Surəni tam oxu