Surə 11 · Cüz 12
Hud · 11:78
وَجَاءَهُ قَوْمُهُ يُهْرَعُونَ إِلَيْهِ وَمِنْ قَبْلُ كَانُوا يَعْمَلُونَ السَّيِّئَاتِ ۚ قَالَ يَا قَوْمِ هَٰؤُلَاءِ بَنَاتِي هُنَّ أَطْهَرُ لَكُمْ ۖ فَاتَّقُوا اللَّهَ وَلَا تُخْزُونِ فِي ضَيْفِي ۖ أَلَيْسَ مِنْكُمْ رَجُلٌ رَشِيدٌ
78. Qövmü yüyürərək onun yanına gəldi. Onlar əvvəllər də yaramaz işlər görürdülər. O dedi: “Ey qövmüm! Bunlar mənim qızlarımdır. Onlar sizin üçün daha təmizdirlər. Allahdan qorxun və qonaqlarımın yanında məni rüsvay etməyin! Məgər aranızda ağıllı bir kişi yoxdur?”
Təfsir
Lutun qövmü, Lutun yanına gələn qonaqları ilə cinsi yaxınlıq etmək niyyətilə tələm-tələsik Lutun yanına gəldilər. Qadınları atıb şəhvətlə kişilərə yaxınlaşmaq, elə onların əvvəlki yaramaz adəti idi. Lut, qonaqları qarşısında onları müdafiə edərək özünə üzür qazandırmağa çalışaraq qövmünə dedi: "Ey qövmüm! Bunlar mənim qızlarımdır, onlarla evlənə bilərsiniz. Onlar sizin üçün, istədiyiniz murdar əməldən daha təmizdirlər. Allahdan qorxun və qonaqlarımın yanında mənə xəcalət verməyin! Ey Qövmüm! Məgər aranızda sizi bu çirkin əməldən çəkindirən ağıllı bir insan yoxdurmu?!"