Surə 11 · Cüz 12
Hud · 11:76
يَا إِبْرَاهِيمُ أَعْرِضْ عَنْ هَٰذَا ۖ إِنَّهُ قَدْ جَاءَ أَمْرُ رَبِّكَ ۖ وَإِنَّهُمْ آتِيهِمْ عَذَابٌ غَيْرُ مَرْدُودٍ
76. Mələklər dedilər: “Ey İbrahim! Bu mübahisədən əl çək. Çünki Rəbbinin əmri artıq gəlmişdir və onlara qarşısıalınmaz bir əzab gələcəkdir”.
Təfsir
Mələklər dedilər: "Ey İbrahim! Lut qövmü barədə mübahisə etməkdən əl çək. Çünki Rəbbinin onlar haqqında əzəldən yazdığı əzabın onlara vaqe olacağına dair əmri artıq gəlmişdir. Həqiqətən, Lut qövmünə heç bir duanın və mübahisənin qarşısını ala bilməyən böyük bir əzab gələcəkdir".