Surə 11 · Cüz 12
Hud · 11:71
وَامْرَأَتُهُ قَائِمَةٌ فَضَحِكَتْ فَبَشَّرْنَاهَا بِإِسْحَاقَ وَمِنْ وَرَاءِ إِسْحَاقَ يَعْقُوبَ
71. Onun arvadı pərdə arxasında durmuşdu. O, güldü. Biz onu İshaqla, İshaqın ardınca da Yaqubla müjdələdik.
Təfsir
İbrahimin arvadı Sara ayaq üstə durmuşdu. Biz ona, onu sevindirəcək bir xəbəri, onun İshaqı dünyaya gətirəcəyini və İshaqında Yəqub adlı bir oğlu olacağı xəbərini verdik. O da, bu müjdə xəbərini eşitdiyinə görə güldü.