Surə 11 · Cüz 12

Hud · 11:69

وَلَقَدْ جَاءَتْ رُسُلُنَا إِبْرَاهِيمَ بِالْبُشْرَىٰ قَالُوا سَلَامًا ۖ قَالَ سَلَامٌ ۖ فَمَا لَبِثَ أَنْ جَاءَ بِعِجْلٍ حَنِيذٍ

69. Elçilərimiz İb­ra­himə İs­haqın doğu­­lacağı barədə müjdə gə­­tir­di­lər və: “Salam!”– dedi­lər. O da: “Sa­­lam!”– de­di və dərhal gedib qı­zar­dılmış bir buzov gə­tirdi.

Təfsir

Mələklər insan qiyafəsində İbrahimə - aleyhissəlam - gələrək, ona və zövcəsinə İs­haqın sonrada Yəqubun doğu­­lacağı barədə müjdə verdilər. Mələklər İbrahimə: "Salam!" – dedi­lər. İbrahimdə buna qarşılıq olaraq onlara: "Sa­­lam!" – de­di və İbrahim onların insan övladından olduqlarını zənn edib, onların yemək yemələri üçün dərhal gedib onlara qı­zar­dılmış bir buzov gə­tirdi.

Oxuyucuda aç - Surəni tam oxu