Surə 11 · Cüz 12

Hud · 11:66

فَلَمَّا جَاءَ أَمْرُنَا نَجَّيْنَا صَالِحًا وَالَّذِينَ آمَنُوا مَعَهُ بِرَحْمَةٍ مِنَّا وَمِنْ خِزْيِ يَوْمِئِذٍ ۗ إِنَّ رَبَّكَ هُوَ الْقَوِيُّ الْعَزِيزُ

66. Əmrimiz gəldikdə Sale­hi və onun­la birlikdə iman gə­tirən­lə­ri Öz mər­həmətimizlə əzabdan və o günün rüsvayçı­lı­ğından qur­tar­dıq. Həqiqətən, Rəbbin Qüv­vət­lidir, Qüdrət­li­dir.

Təfsir

Onların həlak olacaqlarına dair əmrimiz gəldikdə, Biz Sale­hi və onun­la birlikdə iman gə­tirən­lə­ri Öz mər­həmətimizlə əzabdan və o günün rüsvayçı­lı­ğından, zillətindən xilas etdik. Ey Peyğəmbər! Həqiqətən, sənin Rəbbin kiminsə Ona qələbə çala bilməyəcəyi qədər qüv­vət­lidir. Elə buna görə də Allah, peyğəmbərləri yalan sayan bütün ümmətləri məhv etmişdir.

Oxuyucuda aç - Surəni tam oxu