Surə 11 · Cüz 12
Hud · 11:49
تِلْكَ مِنْ أَنْبَاءِ الْغَيْبِ نُوحِيهَا إِلَيْكَ ۖ مَا كُنْتَ تَعْلَمُهَا أَنْتَ وَلَا قَوْمُكَ مِنْ قَبْلِ هَٰذَا ۖ فَاصْبِرْ ۖ إِنَّ الْعَاقِبَةَ لِلْمُتَّقِينَ
49. Bunlar, sənə vəhy yolu ilə bildirdiyimiz qeyb xəbərlərindəndir. Bundan əvvəl onları nə sən, nə də sənin qövmün bilirdi. Səbir et! Şübhəsiz ki, gözəl aqibət müttəqilərindir.
Təfsir
Nuhun bu əhvalatı qeyb xəbərlərindəndir. Ey Peyğəmbər! Sənə vəhy etdiyimiz bu vəhydən əvvəl, bunları nə sən, nə də sənin qövmün bilirdi. Nuh - aleyhissəlam - öz qüvmünün onu yalan saydığına səbir etdityi kimi, səndə qövmünün sənə əziyyət verib, səni yalan saymalarına səbir et! Şübhəsiz ki, qələbə və yardım Allahın əmrlərini yerinə yetirib, Onun qadağalarından çəkilən kimsələr üçündür.