Surə 11 · Cüz 12
Hud · 11:47
قَالَ رَبِّ إِنِّي أَعُوذُ بِكَ أَنْ أَسْأَلَكَ مَا لَيْسَ لِي بِهِ عِلْمٌ ۖ وَإِلَّا تَغْفِرْ لِي وَتَرْحَمْنِي أَكُنْ مِنَ الْخَاسِرِينَ
47. O dedi: “Ey Rəbbim! Bilmədiyim bir şeyi Səndən istəməkdən Sənə sığınıram. Əgər məni bağışlamasan, mənə rəhm etməsən, ziyana uğrayanlardan olaram”.
Təfsir
Nuh - aleyhissəlam - dedi: "Ey Rəbbim! Bundan sonra bilmədiyim bir şeyi Səndən istəməkdən Sənə sığınıram. Əgər sən mənim günahlarımı bağışlamasan və Öz rəhmətinlə mənə mərhəmət göstərməsən, axirət payını əldən verib ziyana uğrayan kimsələrdən olaram".