Surə 11 · Cüz 12
Hud · 11:42
وَهِيَ تَجْرِي بِهِمْ فِي مَوْجٍ كَالْجِبَالِ وَنَادَىٰ نُوحٌ ابْنَهُ وَكَانَ فِي مَعْزِلٍ يَا بُنَيَّ ارْكَبْ مَعَنَا وَلَا تَكُنْ مَعَ الْكَافِرِينَ
42. Gəmi onları dağlar kimi dalğalar içərisində apardığı zaman Nuh kənarda duran oğlunu səsləyib dedi: “Oğlum! Bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma!”
Təfsir
Gəmi içərisində olan insan və başqa canlılarla birgə dağlar kimi əzəmətli dalğalar arasında üzüb getdiyi zaman Nuh - aleyhissəlam -atalıq şəfqəti ilə, atasından və qövmündən ayrıca olaraq tək başına bir yerdə qalıb, kənarda duran oğlunu (Kənanı) səsləyib dedi: "Ey Oğlum! suda boğulmaqdan xilas olmaq üçün haydı bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma. Yoxsa onların suda boğulub həlak olduqları kimi səndə suda boğulub həlak olarsan".