Surə 11 · Cüz 12
Hud · 11:38
وَيَصْنَعُ الْفُلْكَ وَكُلَّمَا مَرَّ عَلَيْهِ مَلَأٌ مِنْ قَوْمِهِ سَخِرُوا مِنْهُ ۚ قَالَ إِنْ تَسْخَرُوا مِنَّا فَإِنَّا نَسْخَرُ مِنْكُمْ كَمَا تَسْخَرُونَ
38. Nuh gəmini düzəldir, qövmünün zadəganları isə hər dəfə yanından keçdikcə onu ələ salırdılar. O isə deyirdi: “Əgər siz bizi ələ salırsınızsa, biz də sizi, siz bizi ələ saldığınız kimi ələ salacağıq.
Təfsir
Beləliklə, Nuh Rəbbinin əmrinə tabe olaraq gəmini inşa etməyə başladı. Qövmünün zadəgan və kübar təbəqəsindən olanları isə hər dəfə Nuhun yanından keçdikdə, onun su və çaylar olmayan, səhra bir yerdə gəmi inşa etdiyinə görə onu ələ salırdılar. Nuh onların bu işə görə onu təkrar-təkrar ələ saldıqlarını gördükdə isə onlara belə dedi: "Ey insanlar! Əgər bu gün siz bizi gəmi inşa etdiyimizə görə ələ salırsınızsa, biz də sizi, bu işdən cahil olduğunuza görə suda batdığınız zaman bizi ələ saldığınız kimi ələ salacağıq.