Surə 11 · Cüz 12
Hud · 11:30
وَيَا قَوْمِ مَنْ يَنْصُرُنِي مِنَ اللَّهِ إِنْ طَرَدْتُهُمْ ۚ أَفَلَا تَذَكَّرُونَ
30. Ey qövmüm! Əgər onları qovsam, məni Allahdan kim qoruya bilər? Məgər düşünüb ibrət almırsınız?
Təfsir
Ey qövmüm! Əgər mən bu möminləri günahsız yerə, onlara zülüm edərək öz məclisimdən qovsam, bu zaman məni Allahın əzabından kim qoruya bilər?! Məgər sizə daha faydalı olan şeyi düşünüb, onun üçün səy etməyəcəksiniz?!