Surə 11 · Cüz 12
Hud · 11:22
لَا جَرَمَ أَنَّهُمْ فِي الْآخِرَةِ هُمُ الْأَخْسَرُونَ
22. Şübhə yoxdur ki, axirətdə ən çox ziyana uğrayanlar da onlardır.
Təfsir
Şübhə yoxdur ki, Qiyamət günü əldə edəcəkləri qazanc baxımından əsil zərər çəkən də onlardır. Çünki onlar küfrü imanla, axirəti dünya ilə, rəhməti də əzabla dəyişməyə razı oldular.