Surə 11 · Cüz 12

Hud · 11:123

وَلِلَّهِ غَيْبُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَإِلَيْهِ يُرْجَعُ الْأَمْرُ كُلُّهُ فَاعْبُدْهُ وَتَوَكَّلْ عَلَيْهِ ۚ وَمَا رَبُّكَ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ

123. Göylərin və yerin qey­bi Allaha məxsusdur. Bütün iş­lər də Ona qayı­dacaq­dır. Elə isə yal­nız Ona ibadət et və yal­nız Ona tə­vək­kül et. Rəbbin sizin et­dik­lə­rinizdən qafil deyil­dir.

Təfsir

Göylərdə və yerdə qey­b olan nə varsa onun elmi bütünlüklə yalnız Allaha aiddir. Heç bir şey Ona gizli qalmaz. Qiyamət günü bütün iş­lər də Ona qayı­dacaq­dır. Ey Peyğəmbər! Elə isə sən, ancaq Ona ibadət et və hər bir işində ancaq Ona tə­vək­kül et. Rəbbin sizin et­dik­lə­rinizdən əsla qafil deyil­dir. Əksinə, O, hər bir şeyi biləndir və hər kəsin etdiyi əməlin müqabilini də verəcəkdir.

Oxuyucuda aç - Surəni tam oxu