Surə 11 · Cüz 12
Hud · 11:120
وَكُلًّا نَقُصُّ عَلَيْكَ مِنْ أَنْبَاءِ الرُّسُلِ مَا نُثَبِّتُ بِهِ فُؤَادَكَ ۚ وَجَاءَكَ فِي هَٰذِهِ الْحَقُّ وَمَوْعِظَةٌ وَذِكْرَىٰ لِلْمُؤْمِنِينَ
120. Elçilərin xəbərlərindən hər birini sənə söyləyirik ki, bununla sənin ürəyini möhkəmləndirək. Bu ayələrdə sənə həqiqət, möminlərə də öyüd-nəsihət və xatırlatma vəhy edilmişdir.
Təfsir
Ey Peyğəmbər! Səndən əvvəl gəlib getmiş elçilərin xəbərlərini, qəlbinin haqq üzərində sabit qalıb və onu qüvvətləndirmək üçün sənə söylədik. Bu surədə sənə şəkk-şübhəyə yer olmayan haqq, kafirlərə öyüd-nəsihət və xatırlatmadan fayda alan möminlər üçün də bir xatırlatma vəhy edilmişdir.