Surə 11 · Cüz 12

Hud · 11:12

فَلَعَلَّكَ تَارِكٌ بَعْضَ مَا يُوحَىٰ إِلَيْكَ وَضَائِقٌ بِهِ صَدْرُكَ أَنْ يَقُولُوا لَوْلَا أُنْزِلَ عَلَيْهِ كَنْزٌ أَوْ جَاءَ مَعَهُ مَلَكٌ ۚ إِنَّمَا أَنْتَ نَذِيرٌ ۚ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ وَكِيلٌ

12. Onların: “Nə üçün ona bir xəzinə endirilməyib, yaxud onun­­la bir mələk gəlməyib?”– deməkləri üzündən, bəlkə də, sənə gələn vəh­yin bir hissəsini tərk edəcək­sən və buna görə köksün darala­caq. Sən ancaq qorxudansan. Allah isə hər şe­yi Qoruyandır.

Təfsir

Ey Peyğəmbər! Bəlkə də sən, müşriklərin Allahın ayələrinə qarşı küfr və inadkarlıq etmələri və bu ayələr haqqında yalnış düşüncələri səbəbi ilə: "Kaş ki, ona göydən bir xəzinə nazil edilib, onu zəngin edərdi, yaxud onu təsdiq edən özü ilə bir mələk gələrdi" – deməkləri üzündən bu ayələrə əməl etməyin müşriklərə çətin olduğuna görə Allahın sənə təbliğ etməyi əmr etdiyi ayələrdən bəzisini tərk edəcəksən və ya qəlbin bu ayələri təbliğ etməkdən darala­caq! Sən buna görə Allahın sənə nazil etdiyi ayələrin bəzisini təbliğ etməyi tərk etmə. Çünki sən ancaq Allahın əzabı ilə qorxudan və Allahın sənə vəhy etdiyini insanlara təbliğ edənsən. Onların ayələr barədə düşündüklərini həyata keçirmək sənin vəzifən deyil. Allah isə hər şe­yi qoruyandır.

Oxuyucuda aç - Surəni tam oxu

Hud 11:12 · Tlawati