Surə 11 · Cüz 12

Hud · 11:116

فَلَوْلَا كَانَ مِنَ الْقُرُونِ مِنْ قَبْلِكُمْ أُولُو بَقِيَّةٍ يَنْهَوْنَ عَنِ الْفَسَادِ فِي الْأَرْضِ إِلَّا قَلِيلًا مِمَّنْ أَنْجَيْنَا مِنْهُمْ ۗ وَاتَّبَعَ الَّذِينَ ظَلَمُوا مَا أُتْرِفُوا فِيهِ وَكَانُوا مُجْرِمِينَ

116. Heç olmasa, sizdən əv­vəlki nə­sillərdə yer üzündə fit­nə-fə­sad törət­mə­yi qadağan edən ağıl və hikmət sa­hi­bləri olaydı. On­lar­dan yalnız xilas et­diyimiz az bir qismi belə idi. Zülm edən­lər isə onlara veril­miş dünyanın ləz­­zətinə uydu­lar və günahkar ol­du­lar.

Təfsir

Heç olmasa, sizdən əv­vəl əzaba düçar olmuş ümmətlərdən fəzilət və yaxşı əməl sahibi olan kimsələr, o ümmətləri küfrü və günah edərək yer üzündə fit­nə-fə­sad törət­mə­yi qadağan edən ağıl və hikmət sa­hi­bləri olaydı. On­lar­dan yalnız zalım qövmlərini həlak etdikdə, xilas et­diyimiz az bir qisim insan yer üzündə fitnə-fəsad törətməyi qadağan edirdi. Onlar öz qövmlərində zalım olanların və onlara veril­miş dünya ləz­­zətlərinin ardınca düşdülər və beləliklə də, onların tabe olduqları üçün zalımlardan oldular.

Oxuyucuda aç - Surəni tam oxu