Surə 11 · Cüz 12
Hud · 11:112
فَاسْتَقِمْ كَمَا أُمِرْتَ وَمَنْ تَابَ مَعَكَ وَلَا تَطْغَوْا ۚ إِنَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ
112. Sənə əmr edildiyi kimi sən də, səninlə birlikdə tövbə edənlər də doğru yolda olun. Həddi aşmayın, çünki O, sizin nə etdiklərinizi görür.
Təfsir
Ey Peyğəmbər! Allahın sənə əmr etdiyi kimi doğru yolda olmağa davam et. Onun əmrlərini yerinə yetir və qadağalarından da uzaq dur. Möminlərdən səninlə birlikdə tövbə edənlər də doğru yolda olsunlar. Günahlar edərək həddi aşmayın, çünki O, sizin nə etdiklərinizi görür. Etdiyiniz əməllərdən Ona heç bir şey gizli qalmaz. O sizə əməllərinizin qarşılığını verəcəkdir.