Surə 11 · Cüz 12
Hud · 11:108
۞ وَأَمَّا الَّذِينَ سُعِدُوا فَفِي الْجَنَّةِ خَالِدِينَ فِيهَا مَا دَامَتِ السَّمَاوَاتُ وَالْأَرْضُ إِلَّا مَا شَاءَ رَبُّكَ ۖ عَطَاءً غَيْرَ مَجْذُوذٍ
108. Xoşbəxtlərə gəldikdə isə, onlar Cənnətdə olacaqlar. Rəbbinin istədiyi istisna olmaqla, göylər və yer durduqca onlar orada əbədi qalacaqlar. Bu, tükənməz bir sovqatdır.
Təfsir
İman gətirib saleh əməllər etdiklərinə görə, özlərinə Allah tərəfindən xoşbəxtlik nəsib edilmiş kimsələrə gəldikdə isə, Allahın günahkar möminlərdən Cənnətdən əvvəl Cəhənnəmə daxil olanlardan istədiyi kimsələr müstəsna olmaqla, onlar Cənnətdə göylər və yer durduqca orada əbədi qalacaqlar. Şübhəsiz ki, Allahın Cənnət əhlinə əta etdiyi nemətlər əbəbi və sonsuzdur.