Surə 11 · Cüz 12
Hud · 11:105
يَوْمَ يَأْتِ لَا تَكَلَّمُ نَفْسٌ إِلَّا بِإِذْنِهِ ۚ فَمِنْهُمْ شَقِيٌّ وَسَعِيدٌ
105. Qiyamət gəldiyi gün Allahın izni olmadan heç kəs danışa bilməz. Onlardan kimi bədbəxt, kimi də xoşbəxt olacaq.
Təfsir
O gün gəlib yetişdiyi zaman Allahın izni olmadan heç kəs nə danışıb dəlil gətirə bilər, nə də ki, kimsə üçün şəfaətçilik edə bilər. O gün inasnlar iki qisimə bölünəcəklər: Onlardan bir qismi bədbəxt olub oda daxil olanlardır, digər bir qismi də ki, xoşbəxt olub Cənnətə daxil olanlar.