Surə 10 · Cüz 11
Yunus · 10:94
فَإِنْ كُنْتَ فِي شَكٍّ مِمَّا أَنْزَلْنَا إِلَيْكَ فَاسْأَلِ الَّذِينَ يَقْرَءُونَ الْكِتَابَ مِنْ قَبْلِكَ ۚ لَقَدْ جَاءَكَ الْحَقُّ مِنْ رَبِّكَ فَلَا تَكُونَنَّ مِنَ الْمُمْتَرِينَ
94. Əgər sənə nazil etdiyimizə şübhə edirsənsə, səndən əvvəl Kitab oxuyanlardan soruş. Rəbbindən sənə haqq gəlmişdir. Odur ki, şübhə edənlərdən olma.
Təfsir
Ey Peyğəmbər! Əgər sənə nazil etdiyimiz Quranın həqiqəti barədə şəkk-şübhə edirsənsə, elə isə, iman edib Tövratı oxuyan yəhudilərdən və həmçinin İncili oxuyan nəsranilərdən soruş. Onlar Tövratda və İncildə Quranın vəsfləri barədə oxuyub, bildikləri üçün mütləq sənə, sənə nazil edilənin haqq olduğunu xəbər verəcəklər. Atrıq Rəbbindən sənə heç bir şəkk-şübhəyə yer olmayan haqq gəlmişdir. Odur ki, sən, əsla şəkk-şübhə edənlərdən olma!