Surə 10 · Cüz 11
Yunus · 10:88
وَقَالَ مُوسَىٰ رَبَّنَا إِنَّكَ آتَيْتَ فِرْعَوْنَ وَمَلَأَهُ زِينَةً وَأَمْوَالًا فِي الْحَيَاةِ الدُّنْيَا رَبَّنَا لِيُضِلُّوا عَنْ سَبِيلِكَ ۖ رَبَّنَا اطْمِسْ عَلَىٰ أَمْوَالِهِمْ وَاشْدُدْ عَلَىٰ قُلُوبِهِمْ فَلَا يُؤْمِنُوا حَتَّىٰ يَرَوُا الْعَذَابَ الْأَلِيمَ
88. Musa dedi: “Ey Rəbbimiz! Sən Firona və onun əyanlarına dünya həyatında zinət və mal-dövlət bəxş etdin. Ey Rəbbimiz! Onlar insanları Sənin yolundan sapdırırlar. Ey Rəbbimiz! Onların mal-dövlətini məhv et, qəlblərini də sərtləşdir ki, ağrılı-acılı əzabı görməyincə iman gətirməsinlər”.
Təfsir
Musa – aleyhissəlam – dedi: "Ey Rəbbimiz! Sən Firona və onun qövmündən olan zadəganlara dünya həyatında dünya zinətlərini, bər-bəzəyini və mal-dövlət bəxş etdin. Onlar isə bunun əvəzində Sənə şükür etmədilər. Əksinə, onlara bəxş etdiyin bu mal-dövləti insanları Sənin yolundan azdırmağa sərf etdilər. Ey Rəbbimiz! Onların mal-dövlətini məhv et, qəlblərini də sərtləşdir. Çünki onlar imanlarının özlərinə fayda verməyəcəyi zaman ağrılı-acılı əzabı görməyincə iman gətirməzlər".