Surə 10 · Cüz 11
Yunus · 10:83
فَمَا آمَنَ لِمُوسَىٰ إِلَّا ذُرِّيَّةٌ مِنْ قَوْمِهِ عَلَىٰ خَوْفٍ مِنْ فِرْعَوْنَ وَمَلَئِهِمْ أَنْ يَفْتِنَهُمْ ۚ وَإِنَّ فِرْعَوْنَ لَعَالٍ فِي الْأَرْضِ وَإِنَّهُ لَمِنَ الْمُسْرِفِينَ
83. Firon və onun əyanları tərəfindən özlərinə işgəncə veriləcəyindən qorxaraq Musaya öz qövmündən yalnız azsaylı bir nəsil iman gətirdi. Həqiqətən də, Firon yer üzündə qəddar hakim və həddi aşanlardan idi.
Təfsir
Musa – aleyhissəlam – qövmünə aşıq-aydın mövcüzələr və dəlillərlə gəlməsinə baxmayaraq, Firon və onun qövmünün zadəgan təbəqəsindən olan kimsələrin, özlərini imandan döndərmələrindən və işgəncə etmələrindən qorxduqlarına görə qövmündən, İsrail oğullarından olan bəzi gənclərdən başqa Musaya iman gətirən olmadı, əksinə, Musanın dəvətindən üz çevirməkdə israr etdilər. Həqiqətən də, Firon Misirə və Misir əhli üzərində hökmranlıq edən təkəbbürlü hökmdar idi. O, küfrdə və İsrail oğullarını işgəncə ilə öldürməkdə həddi aşan bir zat idi.