Surə 10 · Cüz 11
Yunus · 10:77
قَالَ مُوسَىٰ أَتَقُولُونَ لِلْحَقِّ لَمَّا جَاءَكُمْ ۖ أَسِحْرٌ هَٰذَا وَلَا يُفْلِحُ السَّاحِرُونَ
77. Musa dedi: “Əcəba, sizə haqq gəldikdə: “Bu sehrdirmi?”– deyirsiniz? Halbuki sehrbazlar uğur qazanmazlar”.
Təfsir
Musa onların bu davranışlarına inkar edərək onlara belə dedi: "Əcəba, sizə haqq gəldikdə: "Bu sehrdirmi?!" – deyirsiniz? Xeyir, bu sehr deyildir. Mən bilirəm ki, sehrbaz əsla uğur qazanmaz. Axı mən bunu bildiyim halda necə sehrlə məşğul ola bilərəm?!"