Surə 10 · Cüz 11
Yunus · 10:71
۞ وَاتْلُ عَلَيْهِمْ نَبَأَ نُوحٍ إِذْ قَالَ لِقَوْمِهِ يَا قَوْمِ إِنْ كَانَ كَبُرَ عَلَيْكُمْ مَقَامِي وَتَذْكِيرِي بِآيَاتِ اللَّهِ فَعَلَى اللَّهِ تَوَكَّلْتُ فَأَجْمِعُوا أَمْرَكُمْ وَشُرَكَاءَكُمْ ثُمَّ لَا يَكُنْ أَمْرُكُمْ عَلَيْكُمْ غُمَّةً ثُمَّ اقْضُوا إِلَيَّ وَلَا تُنْظِرُونِ
71. Onlara Nuhun əhvalatını oxu. Bir zaman o, öz qövmünə demişdi: “Ey qövmüm! Əgər aranızda qalmağım və Allahın ayələrini xatırlatmağım sizə ağır gəlirsə, mən Allaha təvəkkül edirəm. Allaha qoşduğunuz şəriklərlə birləşib sözü bir yerə qoyun, sonra da işinizi aşkarda görün. Bundan sonra mənə qarşı bacardığınızı edin və mənə möhlət verməyin.
Təfsir
Ey Peyğəmbər! Haqqı yalan sayan o müşriklərə Nuhun bir zaman öz qövmünə belə dediyini xəbər ver: "Ey qövmüm! Əgər mənim sizin aranızda qalmağım və Allahın ayələrini xatırlatmağım sizə ağır gəldiyi üçün məni öldürmək fikrinə düşmüsünüzsə, sizin mənə qarşı etdiyiniz bu hiylənin boşa çıxması üçün yalnız Allaha sığınıram. Elə isə işinizdən möhkəm yapışın, məni öldürməkdə qətiyyətli olun və öz ilahlarınızı da çağırın ki, bu işdə sizə yardım etsinlər sonra da işinizi gizlində deyil, aşkarda görün. Məni öldürmək qərarına gəldikdən sonra isə qəlbinizdə mənə qarşı gizlətdiyinizi həyata keçirin və heç mənə möhlət də verməyin.